SEPAH: Hörmüz boğazında dörd tanker minaya düşüb
hadiseler.info xəbər verir ki, Hürmüz boğazı yakınlığında azı dörd tanker minaya düşüb.
Bu barədə İranın “Tasnim” agentliyi İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən xəbər verib.
“Hürmüz boğazının cənubundakı qadağan olunmuş ərazidən keçməyə çalışan dörd bozucu tanker dəniz minalarına düşüb və məhv edilib; hazırda onlar alov içindədir. Daha iki bozucu gəmi ələ keçirilib və dayandırılıb”, – məlumatda deyilir.
Hərbçilər həmçinin SEPAH-ın hava hücumundan müdafiə qüvvələrinin Hürmüz boğazı üzərində 56-cı MQ9 pilotsuz uçuş aparatını vurduğunu bildiriblər.
Paylaşımda vurulan pilotsuz uçuş aparatının hansı ölkəyə məxsus olduğu dəqiqləşdirilməyib.
No Comment! Be the first one.