Sevilyada məşhur fəvvarə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
hadiseler.info xəbər verir ki, İspaniyanın Sevilya şəhərində yerləşən məşhur İspaniya meydanındakı Visente Travera fəvvarəsi Azərbaycan Dövlət Bayrağının rəngləri ilə işıqlandırılıb.
Bu barədə Azərbaycanın Madriddəki səfirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, aksiya 8 Noyabr – Zəfər Gününə həsr olunub.
“Sevilyanın qəlbində Azərbaycan bayrağının rəngləri”, – səfirliyin paylaşımında qeyd olunub.

No Comment! Be the first one.