Şimali Kiprdə gəmi qəzasına görə saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı
Şimali Kiprin Girnə şəhəri sahillərində baş vermiş gəmi qəzası ilə bağlı aparılan istintaq çərçivəsində 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 şübhəli şəxsin həbs müddəti daha bir həftə uzadılıb.
hadiseler.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məhkəmənin qərarına əsasən, iş üzrə növbəti məhkəmə prosesi oktyabrın 23-də keçiriləcək.
Qeyd edək ki, Girnə və Türkiyənin Mersin vilayətinin Taşucu limanı arasında hərəkət edən “Filo Jet” adlı sürətli sərnişin gəmisi avqustun 30-da yola düşdükdən qısa müddət sonra batıb. Batan bərədə Azərbaycan vətəndaşları da olublar. Faktla bağlı başlanan istintaq çərçivəsində 3 Azərbaycan vətəndaşı da daxil olmaqla ümumilikdə 9 nəfər saxlanılıb.
No Comment! Be the first one.