Reper Navai pul qarşılığında azadlığa çıxa bilər
Qazaxıstanda saxlanılan azərbaycanəsilli tanınmış Rusiya reperi Navainin (Nəvai Bəkirov) girov müqabilində istintaq təcridxanasından azad olunması ehtimalı yaranıb.
hadiseler.info xəbər verir ki, bu barədə “SHOT” Telegram kanalı məlumat yayıb.
Sənətçinin vəkili tərəfindən verilən açıqlamaya əsasən, onun azadlığa buraxılması üçün tələb olunan girov məbləği 2,1 milyon təngədir (təxminən 7 800 manat). Müdafiə tərəfi hazırda həbs qətimkan tədbirinin girovla dəyişdirilməsi üçün addımlar atır. Məsələ ilə bağlı apellyasiya şikayətinə gələn həftə ərzində baxılacağı və yekun qərarı məhkəmənin verəcəyi bildirilir.
Qazaxıstan qanunvericiliyində ev dustaqlığı, girov və ya ölkəni tərk etməmək barədə iltizam kimi alternativ qətimkan tədbirləri nəzərdə tutulsa da, məhkəmə ilk olaraq reperin dekabrın 14-dək həbsdə qalması barədə qərar çıxarıb.
Xatırladaq ki, oktyabrın 14-də Qazaxıstana daxil olarkən hüquq-mühafizə organları tərəfindən Navainin də olduğu avtomobildə narkotik maddə aşkar edilib. İki aylıq həbs qərarı verilməsindən sonra sənətçi hazırda müvəqqəti saxlama təcridxanasında saxlanılır.
No Comment! Be the first one.