Şimali Koreya Yapon dənizinə bir neçə ballistik raket buraxıb
Şimali Koreya Yapon dənizi istiqamətində növbəti raket sınaqları həyata keçirib.
hadiseler.info xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.
Məlumata görə, qısamənzilli ballistik raketlər Vonsan ərazisindən yerli vaxtla saat 05:20-də (Bakı vaxtı ilə 00:20) atılıb. Raketlərin təxminən 250 kilometr məsafə qət etdikdən sonra dənizə düşdüyü bildirilir. Hazırda Cənubi Koreya hərbçiləri amerikalı tərəfdaşları ilə birlikdə buraxılan raketlərin dəqiq texniki göstəricilərini təhlil edirlər.
No Comment! Be the first one.