Siyəzəndə məktəblinin sürdüyü motosiklet evə çırpıldı
Siyəzən rayonunda yeniyetmənin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, hadisə günorta saat 14 radələrində qeydə alınıb. 2009-cu il təvəllüdlü Oqtay Elməddin oğlu Kərimovun idarə etdiyi motosiklet idarəetmədən çıxaraq yaşayış evinə çırpılıb.
Qəza nəticəsində ağır xəsarətlər alan yeniyetmə hadisə yerində həyatını itirib. Məlumata görə, vəfat edən O.Kərimov orta məktəbin 11-ci sinif şagirdi olub.
Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
No Comment! Be the first one.