Siyəzəndə irimiqyaslı narkoəməliyyat: Həbs edilənlər var
Siyəzən Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslər məsuliyyətə cəlb olunub.
hadiseler.info xəbər verir ki, əməliyyat zamanı narkotik tərkibli bitkilər yetişdirməkdə şübhəli bilinən 43 yaşlı Teymur Cavadov saxlanılıb. Onun evinin həyətyanı sahəsindən xüsusi qulluqla yetişdirilmiş 62 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Polis əməkdaşlarının rayon ərazisində həyata keçirdiyi digər paralell əməliyyatlar zamanı isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 8 nəfər ele keçirilib.
Faktlarla bağlı cinayət işləri qaldırılıb. Saxlanılan ümumilikdə 9 şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

No Comment! Be the first one.