SOCAR Özbəkistanda YDM şəbəkəsi tikir
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanın pərakəndə yanacaq bazarına daxil olur.
hadiseler.info “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov Daşkənddə keçirilən Azərbaycan-Özbəkistan IV Regionlararası Forumunda bildirib.
Nazir qeyd edib ki, SOCAR “Uzbeknefteqaz” və BP şirkətləri ilə tərəfdaşlıq çərçivəsində Özbəkistanın “Üstyurt” yatağının işlənməsində iştirak edir. Şirkət ölkədə yeni yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsinin tikintisinə böyük investisiya yatırmağı planlaşdırır.
M.Cabbarov həmçinin əlavə edib ki, “AzerGold” QSC də özbəkistanlı tərəfdaşları ilə birlikdə ölkə regionlarında geoloji-kəşfiyyat və hasilat işlərinə start verəcək.
No Comment! Be the first one.