Sosial şəbəkələrdə yaş məhdudiyyəti qaydalarını pozanlar cərimələnəcək — Yeni fərman
Sosial şəbəkə platformalarının fəaliyyəti və yaş məhdudiyyətləri ilə bağlı tələblərin pozulmasına görə yüksək məbləğdə cərimələr müəyyən edilib.
Hadisələr.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.
Sənədə əsasən, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda nəzərdə tutulan məlumatların aidiyyəti quruma vaxtında, tam və düzgün təqdim edilməməsinə görə vəzifəli şəxslər 6 000 – 7 000 manat, hüquqi şəxslər isə 15 000 – 20 000 manat cərimə olunacaqlar.
Bununla yanaşı, yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə provayderləri tərəfindən rəsmi sorğuların 5 iş günü ərzində cavablandırılmaması və ya təhrif olunması halında vəzifəli şəxslər üçün 7 000 – 8 000 manat, hüquqi şəxslər üçün 25 000 – 30 000 manat cərimə nəzərdə tutulur.
Yaş məhdudiyyəti olan platformalardan təhlükəsiz istifadə qaydalarının pozulmasına görə vəzifəli şəxsləri 8 000 – 9 000 manat, hüquqi şəxsləri 35 000 – 40 000 manat məbləğində cərimə gözləyir.
Qaydaların bir il ərzində təkrar pozulması halında penetrates cərimə məbləğləri daha da artaraq vəzifəli şəxslər üçün 10 000 manatadək, hüquqi şəxslər üçün isə 50 000 manatadək yüksələcək.
Qeyd edək ki, Fərman 12 ay sonra qüvvəyə minəcək.
No Comment! Be the first one.