“SpaceX”in “Starship” kosmik gəmisi ilk dəfə orbitə buraxılıb- VİDEO
İlon Maskın rəhbərlik etdiyi “SpaceX” şirkəti “Starship” kosmik sisteminin 14-cü sınaq uçuşu çərçivəsində gəmini tarixində ilk dəfə olaraq Yerin orbitinə uğurla çıxarıb.
hadiseler.info xəbər verir ki, ABŞ-nin Texas ştatındakı “Starbase” poliqonundan reallaşdırılan buraxılış tarixi uğurla nəticələnib.
Sınaq missiyasının proqramına əsasən, kosmik gəminin orbitə 26 ədəd yeni nəsil “Starlink V3” peykini çıxarması və missiyanı başa vurduqdan sonra Sakit okeana idarəolunan eniş etməsi nəzərdə tutulur.
No Comment! Be the first one.