“Spotify” və “TikTok” Azərbaycana vergi ödəyəcək
İsveçin “Spotify AB” və Sinqapurun “TikTok Pte. Ltd.” şirkətləri Azərbaycanda vergi uçotuna alınıb.
hadiseler.info xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilib ki, Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısının vergi uçotuna alınması təmin olunub. Hər iki beynəlxalq şirkətin ƏDV (Əlavə Dəyər Vergisi) məqsədləri üçün qeydiyyatı 1 oktyabr 2026-cı il tarixindən etibarən hüquqi qüvvəyə minib.
Qeydiyyata alınmış qeyri-rezident rəqəmsal xidmət təchizatçılarına göstərilən xidmətlərə görə edilən ödənişlər üzrə ƏDV artıq banklar tərəfindən tutulmayacaq. Bu halda ƏDV-ni həmin şirkətlər özləri bəyan edərək birbaşa dövlət büdcəsinə ödəyəcəklər.
No Comment! Be the first one.