“Starship” kosmik gəmisi eniş edərkən partlayıb – VİDEO
“SpaceX” şirkətinə məxsus “Starship” kosmik gəmisinin 14-cü sınaq uçuşu nəzərdə tutulandan əvvəl başa çatıb. Şaquli eniş zamanı Sakit okeanın şimal hissəsində müəyyən olunmuş əraziyə daxil olan aparatda partlayış baş verib.
hadiseler.info xəbər verir ki, şirkət rəsmiləri “Starship” gəmisinin soyuq suya eniş üçün layihələndirilmədiyini, bu səbəbdən baş verən partlayışın bir texniki nasazlıq və ya missiyanın uğursuzluğu kimi qiymətləndirilmədiyini bildiriblər.
Missiyanın gedişatı və texniki detalları:
Start və uçuş: “Starship” Boka-Çikadakı “Starbase” poliqonundan “Super Heavy” raketdaşıyıcısı ilə havalanıb. Raketdaşıyıcının 33 mühərrikindən 2-si sıradan çıxsa da, raket 9 dəqiqə sonra Meksika körfəzinə uğurla enib.
Orbit göstəriciləri: Tarixində ilk dəfə orbital trayektoriyaya çıxan gəmi təxminən 275 km hündürlüyə qalxıb və orbitə 26 ədəd “Starlink” peykini çıxarıb.
Erkən sonluq: 10 saat və Yer ətrafında 6 dövrə planlaşdırılsa da, gəminin 6 mühərrikindən birinin sıradan çıxması səbəbindən missiya 3 saatdan sonra vaxtından əvvəl yekunlaşdırılıb.
Eniş və partlayış: Atmosferə daxil olarkən gövdəsi alovlanan gəmi Sakit okean səthinə enərkən partlayıb və qalıqları ətrafa səpələnib.
No Comment! Be the first one.