Su hövzələrində qanunşübhəli hallar aşkarlanıb, cinayət işi başlanıb
hadiseler.info Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən daxil olmuş müraciətlər əsasında su hövzələrində müvafiq tədbirlər həyata keçirib.
Aparılan araşdırmalar zamanı Buzovna, Bülbülə və Məmmədli ərazisindəki göllərdə, həmçinin Goranboyda Qaraçay və Balakəndə Dəliçay ərazisində su qanunvericiliyinin pozulması faktları müəyyən edilib. Sözügedən ərazilərin tikinti və məişət tullantıları ilə doldurulduğu, sahilboyu zolaqda icazəsiz qazıntı işlərinin aparıldığı və yerin relyefinin dəyişdirildiyi aşkarlanıb.
Aşkar olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Hazırda fakta görə zəruri istintaq tədbirləri davam etdirilir.
No Comment! Be the first one.