Sudanın strateji neft anbarı PUA hücumuna məruz qaldı – VİDEO
Sudanda Çevik Dəstək Qüvvələri üsyançıları strateji neft obyektinə pilotsuz uçuş aparatları ilə hücum təşkil edib.
hadiseler.info xəbər verir ki, PUA zərbələri Əl-Cəzirə ştatında yerləşən “Umm-Aleyla” neft anbarını hədəf alıb. Hücum nəticəsində müəssisədə güclü yanğın başlayıb və yanacaq çənlərinə ciddi ziyan dəyib.
Hərbçilərin verdiyi məlumata görə, hücumda istifadə edilən dronlardan biri Hava Hücumundan Müdafiə sistemləri tərəfindən vurularaq zərərsizləşdirilib, lakin digər dronlar Vad-Medani şəhərindən 20 km aralıda yerləşən hədəfə çatmağı bacarıb. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumatlar dəqiqləşdirilir.
Qeyd edək ki, vurulan obyekt ölkənin mərkəzi hissəsini benzin və dizellə təmin edən mühüm strateji əhəmiyyətə malikdir.
No Comment! Be the first one.