Sumqayıtda avtobus 4 yaşlı uşağı vuraraq öldürdü
Sumqayıt şəhərində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, bədbəxt hadisə şəhərin Yaşıldərə yaşayış massivində qeydə alınıb.
Hərəkətdə olan 39 nömrəli marşrut avtobusu 2022-ci il təvəllüdlü T.H.-nı (Ad şərtidir) vurub. Qəza nəticəsində ağır xəsarətlər alan 4 yaşlı azyaşlı hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
No Comment! Be the first one.