Sumqayıtda “BYD” və “Ford” toqquşdu – FOTOLAR
Sumqayıt şəhərində yaralanma ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info “Report”a istinadən xəbər verir ki, şəhər ərazisində “BYD” və “Ford” markalı minik avtomobilləri toqquşub.
Zərbənin təsirindən “Ford” markalı nəqliyyat vasitəsi yolda aşıb. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.



No Comment! Be the first one.