Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə baş verib RƏSMİ AÇIQLAMA
Sumqayıt şəhərində orta məktəblərin birində kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.
hadiseler.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhərdə yerləşən orta məktəblərdən birinin 14 şagirdi zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Məsələ ilə bağlı Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, 02.10.2026-cı il tarixində saat 10:20 radələrində 14 nəfər (11 kişi cinsli, 3 qadın cinsli) zəhərlənmə şübhəsi ilə Mərkəzin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.
No Comment! Be the first one.