Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il keçir
Bu gün Azərbaycanın tarixi zəfər salnaməsində xüsusi yeri olan Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür.
hadiseler.info xəbər verir ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin elə ilk günlərində düşmənin ön müdafiə xətti yarılsın. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Dəmir yumruq” əməliyyatının yeddinci günündə – oktyabrın 3-də Azərbaycan Ordusu mühüm strateji əhəmiyyətə malik Madagiz və Talış kəndlərini düşməndən təmizləyib.
Dövlət başçısı müjdəli xəbəri xalqa çatdıraraq Madagizin tarixi adını bərpa edib və onu Suqovuşan adlandırıb. Strateji baxımdan böyük əhəmiyyət kəsb edən bu yaşayış məntəqələrinin və ətrafdakı yüksəkliklərin azad olunması ilə mühüm təminat yolları Azərbaycan Ordusunun nəzarətinə keçib.
Qeyd edək ki, 2023-cü ildə qəbul edilən qərara əsasən, Suqovuşan və Talış kəndləri Tərtər rayonunun tabeliyindən çıxarılaraq Ağdərə rayonunun inzibati ərazisinə daxil edilib.
No Comment! Be the first one.