Suriyada həbsxanada dəhşətli yanğın: 7 məhbus həlak olub
Suriyanın Hələb şəhərində yerləşən penitensiar müəssisədə ölümçül yanğın hadisəsi qeydə alınıb.
hadiseler.info xəbər verir ki, hadisə Ayn əl-Ərəb rayonundakı həbsxanada baş verib. Şəhərdə baş vermiş iğtişaşlarla əlaqədar bəzi məhbusların yaratdığı qarışıqlıq zamanı alovlanma başlayıb.
Yanğın nəticəsində 7 məhbus həyatını itirib, bir neçə nəfər isə tüstüdən zəhərlənərək xəsarət alıb. Yaralıların vəziyyəti ilə bağlı araşdırmalar aparılır, tələfat sayının artacağı istisna edilmir.
No Comment! Be the first one.