Suriyada silah-sursat anbarında partlayış – VİDEO
Suriyada silah-sursat anbarında dəhşətli partlayış: Ölənlər və yaralananlar var
Suriyanın şimal-qərbində yerləşən İdlib əyalətində hərbi anbarlardan birində güclü partlayış baş verib.
hadiseler.info xəbər verir ki, bu barədə “Syria” televiziyası məlumat yayıb.
Məlumata görə, hadisə İdlibin kənd yerlərindəki sursat anbarında qeydə alınıb. Partlayış nəticəsində həlak olan və yaralananların olduğu bildirilir. Hadisənin başvermə səbəbləri hələlik bəlli deyil, ərazidə araşdırmalar aparılır.
No Comment! Be the first one.