Şəkidə çaqqal hücumu: 4 nəfər xəstəxanaya yerləşdirildi
Şəki şəhərində 4 sakin çaqqal hücumuna məruz qalaraq xəsarət alıb.
hadiseler.info “Report”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin M.Ə.Rəsulzadə prospektində baş verib.
Küçədə yaralanan zərərçəkənlərin şəxsiyyəti məlum olub: Oktay Əliyev (71 yaş) Töhvə Məmmədova (71 yaş) Reyhanə Muxtarova (61 yaş) Sənan Əmirli (36 yaş)
Xəsarət alan şəxslər dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların xəstəxanada müayinə və müalicəsi davam etdirilir.
No Comment! Be the first one.