Təqaüdçüləri kömək etmək adı ilə aldadaraq pullarını oğurlayan şəxs həbs olundu- VİDEO
Bakının Yasamal rayonunda bankomatdan pul çıxarmaqda çətinlik çəkən vətəndaşların pul vəsaitlərini talamaqda şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
hadiseler.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Aparılan araşdırmalarla müəyyən edilib ki, S.Rəşidzadə əsasən ahıl yaşlı təqaüdçülərə yardım etmək adı ilə yaxınlaşaraq onların bank kartlarındakı vəsaitləri mənimsəyib. Onun bu üsulla 3 vətəndaşa məxsus ümumilikdə 2400 manat pulu ələ keçirdiyi məlum olub.
S.Rəşidzadə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib və barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq hərəkətləri davam etdirilir.
Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edərək bildirir ki, bankomatdan istifadə zamanı bank kartınızı və PİN-kodunuzu tanımadığınız şəxslərə etibar etməyin, kömək təklif edənlərə qarşı diqqətli olun, kart məlumatlarınızı və təsdiq kodlarınızı heç kimlə paylaşmayın.
No Comment! Be the first one.