Tanınmış azərbaycanlı reper Nəvai saxlanıldı
Azərbaycanlı məşhur reper Nəvai (Nəvai Bəkirov) Qazaxıstan sərhədində saxlanılıb.
hadiseler.info xəbər verir ki, sənətçinin üzərində və avtomobilində narkotik maddə aşkarlanıb.
Qırğızıstandan gələn musiqiçi sərhədi keçdikdən dərhal sonra saxlanılıb. Jambıl Vilayət Polis İdarəsinin sosial media hesabında yayılan məlumata görə, reperin maşınından 2,5 qram narkotik maddə tapılıb. Qanunsuz maddələr müsadirə olunub və narkotik qaçaqmalçılığı ilə bağlı araşdırma başlanıb.
Yaranmış vəziyyətlə əlaqədar olaraq, bu gün saat 20:00-da Astanadakı Jaksılık Uşkempirov adına Döyüş Sənəti Sarayında baş tutmalı olan konserti ləğv edilib.
No Comment! Be the first one.