TƏBİB işçilərinin əməkhaqları artırıldı: Təşəbbüs Mehriban Əliyevaya məxsusdur
Sentyabrın 1-dən etibarən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan tibb işçilərinin əməkhaqları artırılıb.
hadiseler.info xəbər verir ki, tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqqılarının artırılması təşəbbüsü ilə Birinci vitse-prezident Mehriban Əliyeva çıxış edib. Prezident İlham Əliyev bu təşəbbüsü müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verib.
Qeyd edək ki, bu qərar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisini əhatə edəcək. Həyata keçirilən islahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat artıb.
No Comment! Be the first one.