Teleaparıcı İlham Mirzəyevin vəziyyəti ağırdır — Xəstəxanadan açıqlama
Teleaparıcı İlham Mirzəyev infarkt keçirərək Mərkəzi Klinikaya yerləşdirilib.
hadiseler.info xəbər verir ki, tibb müəssisəsindən verilən açıqlamaya görə, aparıcının vəziyyəti ağır stabil olaraq qalır.
Xəstəxanadan bildirilib ki, İ.Mirzəyev sol mədəciyin ön divarının miokard infarktı və kardiogen şok vəziyyətində qəbul olunub. Həkimlər tərəfindən dərhal angioplastika icra olunub və stent implantasiya edilib. Hazırda o, kardioreanimasiya şöbəsində kompleks müalicəsini davam etdirir.
Qeyd edək ki, İlham Mirzəyev bir qədər əvvəl sosial şəbəkə hesabında paylaşım edərək izləyiciləri ilə hallalaşmış və dua etmələrini xahiş etmişdi.
No Comment! Be the first one.