Telefonlarımız necə dinlənilir? – Ekspert xəbərdarlığı
Smartfonlar günümüzdə təkcə ünsiyyət vasitəsi deyil, gündəlik həyatımızın bütün detallarını özündə cəmləşdirən əsas cihazlara çevrilib. Lakin bu kiçik cihazlar və onlarda istifadə etdiyimiz tətbiqlər vasitəsilə şəxsi məlumatlarımızın nə qədər güvənli olduğu ciddi suallar doğurur.
Məsələ ilə bağlı hadiseler.info-ya danışan mütəxəssis Elvin Abbasov bildirib:

“Telefonlara sızdırılmış hər hansı bir troyan vasitəsilə telefonun nəinki mikrofonuna, həm də kamerasına əldə oluna bilər.Bəzən bizə gələn linklərə istəyərək və yaxud istəməyərək tıklayırıq və çox zaman elə bununla da məlumatlarımız qarşı tərəfə ötürmüə oluruq. Heç bir sistem təhlükəsiz deyil, istənilən formada qırıla bilər. Teleqram üzərindən bizə bir təhlükə yaranmışdı və buna görə də bizim səsimizi dinləyə bilirdilər, görüntünü ələ keçirə bilirdilər. Heç də o demək deyil ki, rəsmi mənbələrdən yüklədiyimiz tətbiqlər problemsiz olacaq. Çünki kodlarda bəzən istənilməyən açıqlar qala bilir, yaddan çıxa bilir və bu gözdən qaça bilir. Bunun üçün də təhlükələr yarana bilir.”
Ekspert həmçinin təhlükəsizlik qaydalarına riayət etməyin vacibliyini qeyd edərək əlavə edib:
“Mesajlaşma proqramları üzərindən gələn tanımadığımız şəxslərdən qeyri-naməlum linklərə tıklamamalıyıq. APK yüklənə bilər. Həmçinin bizim üçün bir forma təşkil edə bilərlər ki, biz o formaya məlumatlarımızı doldurduqda banking məlumatlarımızı qarşı tərəfə ötürə bilərik və vəsaitlərimizlə şəxsi məlumatlarımız ələ keçirilə bilər.”
Məlumdur ki, telefon həyatımızı asanlaşdırmaqla yanaşı, diqqətsizlik zamanı təhlükəyə də çevrilə bilər. Rəqəmsal dünyada təhlükəsizlik həm texnologiyadan, həm də istifadəçinin məsuliyyətindən asılıdır. Müxtəlif texniki vasitələrlə hətta özümüzü aldadaraq buna nail ola bilərlər, telefonumuzun sisteminə daxil ola bilərlər. Yazışma proqramlarından nəsə bir link göndərərlər, linkə tıklayarıq, bir forma açılar və məlumatlarımızı daxil etməklə hər şeyi qarşı tərəfə ötürmüş olarıq. Ona görə də bilmədiyimiz linklərə daxil olmayacağıq ki, özümüzü təhlükəyə atmayaq.
No Comment! Be the first one.