“TikTok” Böyük Britaniyada 16,8 milyon dollar cərimə ödəyəcək
“TikTok” Böyük Britaniya İnformasiya Komissarlığı Ofisinin (ICO) 2023-cü ildə tətbiq etdiyi 12,7 milyon funt-sterlinq (16,8 milyon dollar) cərimə ilə bağlı apellyasiya şikayətini geri götürüb.
hadiseler.info xəbər verir ki, cərimə 13 yaşdan kiçik uşaqların şəxsi məlumatlarının mühafizəsi qaydalarının pozulmasına görə tətbiq olunub.
ICO-nun məlumatına əsasən, “TikTok”un daxili qaydaları bu yaş qrupunda olan uşaqların platformadan istifadəsini qadağan etsə də, 2020-ci ildə Böyük Britaniyada təxminən 1,75 milyon 13 yaşdan kiçik uşaq platformadan aktiv istifadə edib.
Böyük Britaniya qanunvericiliyinə görə, 13 yaşdan kiçik uşaqlara onlayn xidmət göstərən şirkətlər mütləq valideyn və ya qəyyum razılığı almalıdır.
Qeyd edək ki, “TikTok” sosial şəbəkəsi Çin texnologiya giqantı olan ”ByteDance” şirkətinə məxsusdur.
No Comment! Be the first one.