“Tottenhem”dən “Arsenal”a qırmızı işıq: Kristian Romero satılmır!
İngiltərənin “Tottenhem” klubu Argentina yığmasının müdafiəçisi Kristian Romeronu Premyer Liqanın digər təmsilçisi “Arsenal”a satmayacaq.
“The Sun”a istinadən Hadisələr.info xəbər verir ki, 28 yaşlı futbolçu prinsipial rəqibin heyətinə keçməyin əleyhinə olmasa da, London təmsilçisinin rəhbərliyi bu transferdən qəti şəkildə imtina edib.
Digər tərəfdən, İspaniyanın “Atletiko” klubu müdafiəçinin transferi üçün 40 milyon avroluq təklif irəli sürüb.
Qeyd edək ki, 2022-ci ildən “Tottenhem”də çıxış edən K.Romeronun klubla müqavilə müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. O, başa çatan 2025/2026 mövsümündə keçirdiyi 32 matçda 6 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 45 milyon avro qiymətləndirir.
No Comment! Be the first one.