Tovuzda yol qəzasında dörd nəfər xəsarət alıb
hadiseler.info xəbər verir ki, Tovuz rayonunda yaralanma ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bədbəxt hadisə rayonun Əhmədabad kəndi yolunda baş verib. Hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində dörd nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Qəza yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.
No Comment! Be the first one.