Tramp 51-ci ştatın hansı ölkə olacağını açıqladı
ABŞ Prezidenti Donald Tramp Kanadanın gələcəkdə Birləşmiş Ştatların tərkibinə qoşulacağına əminliyini ifadə edib.
hadiseler.info TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Arizonada Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
Tramp Kanadaya münasibətini bəyan edərək deyib:
“Nəticədə o, 51-ci ştat olacaq, çünki başqa cür ola bilməz. O bizə lazım deyil. Biz ona lazımıq”.
Kanada tərəfindən reaksiya
Xatırladaq ki, Donald Tramp bundan əvvəl də Kanadanı ABŞ-nin tərkibinə qoşulmağa çağırıb və ölkənin Baş naziri Mark Karnini dəfələrlə “qubernator” adlandırıb.
Kanada rəhbərliyi isə ABŞ-yə qoşulmaq ehtimalını tamamilə rədd edir. Ölkənin Baş naziri Mark Karni bildirib ki, Kanada hakimiyyəti son bir il ərzində ehtimalı az görünsə də, ABŞ-nin olası hərbi müdaxiləsi ssenarilərinə qarşı hazırlıq tədbirləri görüb.
No Comment! Be the first one.