Tramp Ağ Evin yeni mətbuat katibini vəzifəsindən azad etdi
ABŞ Prezidenti Donald Tramp Ağ Evin yeni təyin olunmuş mətbuat katibi ilə yollarını gözlənilmədən ayırıb.
hadiseler.info “The New York Times” nəşrinə istinadən xəbər verir ki, mətbuat katibi Keti Zaxaria vəzifəsinin icrasına başlamasının cəmi beşinci günündə işdən çıxarılıb.
Qərarın hansı səbəbdən verildiyi barədə hələlik rəsmi izahat açıqlanmayıb. Keti Zaxarianın gözlənilməz kənarlaşdırılması Ağ Evin media və ictimaiyyətlə əlaqələr komandasındakı son dəyişikliklər fonunda böyük maraq doğurub.
No Comment! Be the first one.