Trampdan Ukrayna açıqlaması: “Bütün Avropaya təsir edəcək böyük saziş olacaq”
ABŞ Prezidenti Donald Tramp Ukrayna üzrə bütün Avropanı əhatə edə biləcək genişmiqyaslı sazişin əldə olunacağını anons edib.
hadiseler.info xəbər verir ki, bu barədə ABŞ lideri Ağ Evdə sənədlərin imzalanması mərasimində jurnalistlərə açıqlamasında bildirib.
“Mən sizə deyirəm, saziş olacaq. Bu, böyük bir saziş olacaq və təkcə Ukraynaya təsir etməyəcək. Genişmiqyaslı olacaq. Mən hətta deyə bilərəm ki, bütün Avropaya təsir edə bilər. Bu, böyük, gözəl bir saziş olacaq və hamı heyran qalacaq”, – deyə D.Tramp qeyd edib.
Amerika lideri həmçinin Ukraynadakı müharibənin kifayət qədər tezliklə başa çatmasına nail olacaqlarını bəyan edib.
Xatırladaq ki, bundan əvvəl “Rapporteur” nəşri ABŞ və NATO-nun cümə axşamı Ukrayna ilə ölkənin təhlükəsizlik zəmanətlərini müzakirə etdiyini, həmin danışıqlara Böyük Britaniya, Fransa, Almaniya və Avropa Komissiyasının da qatıldığını yazmışdı.
No Comment! Be the first one.