Türk professor Azərbaycana qarşı kampaniyaya qoşulduğu üçün üzr istədi
Nəcməddin Ərbakan Universitetinin müəllimi, tanınmış türk alimi prof. dr. Səlahəddin Avşaroğlu Azərbaycana qarşı aparılan kampaniyaya yanılaraq qoşulduğunu bildirərək üzr istəyib.
hadiseler.info xəbər verir ki, türk millətçi baxışları ilə tanınan professor bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, Azərbaycan nümayəndə heyəti ilə bağlı yayılan görüntülərə aldanaraq yanlış təəssürat əldə etdiyini vurğulayıb:
“Dünəndən bəri Azərbaycan nümayəndə heyəti ilə bağlı paylaşımlar oldu və təəssüf ki, mən də yanıldım. Gördüyümüzə inandıq. İndi hadisələrə yaxından bələd olan bir dostumuz izah etdi. 7 adamlıq nümayəndə heyətindən yalnız bir nəfəri zalda saxlayıb müşahidəçi vəzifəsi vermiş və digərləri çıxmışlar. Salonu tərk edən ölkələr də elə etmişlər. Üzr istəyirəm…”

No Comment! Be the first one.