Türkiyə Dəyanət Vəqfinin rəhbərliyi İŞDƏN ÇIXARILDI
Türkiyə Dəyanət Vəqfinin (TDV) icraçı rəhbəri İzani Turan və onun iki müavini vəzifələrindən kənarlaşdırılıblar.
hadiseler.info xəbər verir ki, bu barədə Türkiyənin “Sözcü” qəzeti məlumat yayıb.
Məlumata görə, İ.Turanla yanaşı müavinləri Rəcəb Balkan və Fatih Kayacanın da işdən azad olunmasına səbəb Qəzzaya yardım üçün toplanan ianələrin maliyyə birja fondlarına yatırılması ilə bağlı iddialardır. İddialara əsasən, vəqf rəhbərliyi toplanmış yardım vəaitlərini birja fondlarına yönəltdikdən sonra təxminən 48 faiz həcmində böyük maliyyə zərərinə uğrayıb.
Baş vermiş qalmaqalla bağlı Dəyanət Vəqfi daxilində genişmiqyaslı xidməti araşdırma və təftiş işləri davam etdirilir.
No Comment! Be the first one.