Türkiyə Ukraynaya “Korkut” zenit kompleksləri təhvil verib
Türkiyə ilin əvvəlində Ukraynaya hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi və sınaqdan keçirilməsi məqsədilə az sayıda “Korkut” zenit kompleksləri verib.
hadiseler.info xəbər verir ki, bu barədə “Middle East Eye” nəşri məlumatlı mənbələrə əsasən xəbər yayıb.
Məlumata görə, ukraynalı rəsmi şəxs “Korkut” komplekslərinin döyüş şəraitində sınaqdan keçirildiyini təsdiqləyib və Kiyevin bu sistemləri almaqda maraqlı olduğunu bildirib. Döyüş meydanında neçə kompleksin yerləşdirildiyi açıqlanmayıb.
Qeyd edək ki, Türkiyənin “Aselsan” müdafiə şirkəti tərəfindən istehsal olunan “Korkut” kompleksi standart olaraq üç silahlanmış maşın və bir idarəetmə maşınından ibarətdir. Sistem qanadlı raketlər, PUA-lar, həmçinin FPV və trosla idarə olunan dronlara qarşı 25 mm-lik döyüş sursatlarından istifadə etməklə mübarizə aparmaq üçün nəzərdə tutulub.
No Comment! Be the first one.