Türkiyə XİN Azərbaycanı Zəfər Günü ilə bağlı təbrik edib
Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanı 8 noyabr – Zəfər Günü münasibətilə təbrik edib.
hadiseler.info xəbər verir ki, bu barədə nazirliyin “X” sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edilib.
Türkiyə XİN-in təbrikində qeyd olunub:
“Qarabağın azadlığının altıncı ildönümündə qardaş Azərbaycan xalqını və dövlətini Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik. Vətən torpağı uğrunda canlarından keçən bütün qəhrəmanları dərin hörmət və ehtiramla anırıq”.
No Comment! Be the first one.