Türkiyədə ata qızına görə 20 yaşlı gənci öldürdü
Türkiyənin Antalya şəhərinin Qazipaşa rayonunda dəhşətli qətl hadisəsi törədilib.
hadiseler.info xarici mediaya istinadən xəbər verir ki, İnceğiz Mahalləsində yol kenarında hərəkətsiz yatan şəxsi görən sakinlər dərhal təcili tibbi yardım və jandarma ekiplərinə məlumat veriblər. Əraziyə gələn tibb işçilərinin yoxlaması zamanı 20 yaşlı Yasin Erdem Bayırın hayatını itirdiyi və bədənində 13 bıçaq yarası olduğu müəyyən edilib.
Jandarma Suç Araştırma Timi (JASAT) tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində gəncin 16 yaşlı B.Ö. adlı qızla görüşdüyü üçün qızın atası Mustafa Ö. tərəfindən qətlə yetirildiyi bəlli olub.
Saxlanılan şübhəli ata ifadəsində törətdiyi əməli etiraf edərək cinayət aləti olan bıçağı gizlətdiyi yeri göstərib. Bıçaq olay yerindən təxminən 500 metr aralıda, meşəlik ərazidə daşın altından tapılaraq ekspertizaya göndərilib. Mərhumun meyiti adli tibb ekspertizasına aparılıb, faktla bağlı genişmiqyaslı istintaq davam etdirilir.
No Comment! Be the first one.