Türkiyədə “Halk TV”nin yayımı dayandırıldı: Kanalın binasında axtarış aparıldı
Türkiyədə “Halk TV” telekanalının sahibi Cafer Mahiroğlu barəsində yürütülən cinayət istintaqı çərçivəsində kanalın İstanbuldakı mərkəzi ofisində xüsusi axtarış əməliyyatı keçirilib.
hadiseler.info “NTV”yə istinadən xəbər verir ki, əməliyyat zamanı barəsində saxlanılma qərarı olan 17 nəfərdən 11-i hüquq-mühafizə orqanları tərəfindən tutulub.
Səlahiyyətli qurumların qərarı ilə telekanalın yayımı dayandırılıb və media qurumuna qəyyum təyin edilib.
Qeyd edək ki, “Halk TV”nin sahibi Cafer Mahiroğlu barəsində rüşvət alma, tender nəticələrinə müdaxilə etmə və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma (çirkli pulların yuyulması) maddələri üzrə ağır ittihamlar irəli sürülüb. İstintaq tədbirləri davam etdirilir.
No Comment! Be the first one.