Türkiyədə zəlzələ olub
Türkiyənin Adana əyalətində yeraltı təkanlar qeydə alınıb.
hadiseler.info xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Halların İdarə Olunması Baş İdarəsi (AFAD) məlumat yayıb.
Məlumatda bildirilir ki, zəlzələ Saimbəyli rayonunda baş verib. Yeraltı təkanların maqnitudası 4,8, ocağının dərinliyi isə 7,99 kilometr təşkil edib.
İlkin məlumatlara əsasən, zəlzələ nəticəsində hər hansı xəsarət alanlar və ya dağıntılar barədə məlumat verilməyib.
No Comment! Be the first one.