Türkiyədə ağır yol qəzası: İki avtomobil toqquşdu, 4 nəfər ölüb
Türkiyənin Çorum şəhərinin Alaca rayonunda iki avtomobilin toqquşması nəticəsində ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, qəza Çorum-Yozqat avtomobil yolunun Koçhisar su anbarı yaxınlığında qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sürücü və digər avtomobildə olan 3 nəfər olmaqla ümumilikdə 4 nəfər həyatını itirib, 2 nəfər isə yaralanıb.
Məlumat əsasında hadisə yerinə dərhal jandarm və tibb qrupları cəlb olunub. Yaralılar ilkin tibbi yardımdan sonra təcili yardım maşını ilə Alaca Dövlət Xəstəxanasına çatdırılıb. Qəzada həlak olanların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.
No Comment! Be the first one.