Türkiyədə Aviasiya Elm Mərkəzi kimi istifadə olunan nəhəng təyyarə yandı
Türkiyənin Kocaeli vilayətində Aviasiya Elm Mərkəzi kimi fəaliyyət göstərən təyyarədə güclü yanğın baş verib.
hadiseler.info xəbər verir ki, daxil olan həyəcan siqnalından dərhal sonra əraziyə yanğınsöndürmə və polis briqadaları cəlb olunub.
Qısa müddətdə böyüyən alov təyyarənin gövdə hissəsini tamamilə bürüyüb. Yanğınsöndürən qruplar tərəfindən alovun söndürülməsi istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, “Airbus A340” tipli nəhəng sərnişin təyyarəsi 2018-ci ildə 14 TIR vasitəsilə hissə-hissə gətirilərək 1,7 hektar ərazidə quraşdırılmışdı. Qanad açılımı 60, gövdə uzunluğu 64 metr olan təyyarə montaj edildikdən sonra Aviasiya Elm Mərkəzi kimi istifadəyə verilmişdi.
No Comment! Be the first one.