Türkiyədə gün ərzində 4 zəlzələ qeydə alınıb
Türkiyənin müxtəlif əyalətlərində ard-arda yeraltı təkanlar baş verib.
hadiseler.info xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, gün ərzində ölkə ərazisində 4 zəlzələ qeydə alınıb. İlk yeraltı təkanlar Muğlada 4,8 bal gücündə baş verib.
Eyni zamanda Adana vilayətinin Saimbəyli rayonunda ard-arda 4,9 və 4,8 bal gücündə zəlzələlər baş qeydə alınıb. Günün ən güclü yeraltı təkanı isə Osmaniyə vilayətində 5,2 bal gücündə qeydə alınıb.
No Comment! Be the first one.