Türkmənbaşıda İlham Əliyev və Sərdar Berdiməhəmmədov görüşüblər- FOTOLAR
Oktyabrın 8-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşü baş tutub.
hadiseler.info “AZƏRTAC”a istinadən xəbər verir ki, söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistana, eləcə də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana, o cümlədən Qarabağa səfərləri məmnunluqla xatırlanıb, bu təmasların ikitərəfli münasibətlərin inkişafındakı mühüm rolu vurğulanıb. Ötən ildən etibarən ən yüksək səviyyədə beş səfərin həyata keçirilməsi siyasi dialoqun intensivliyinin və qarşılıqlı əlaqələrin dinamikasının bariz göstəricisi kimi qiymətləndirilib.
Görüşdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin dinamik inkişafı məmnunluqla qeyd olunub. Siyasi, iqtisadi, nəqliyyat, tranzit, logistika, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, həmçinin Xəzər dənizi mövzusu və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri diqqət mərkəzində olub.
Müzakirələr zamanı Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün regional əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyəti vurğulanıb. Prezident İlham Əliyev tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirib və ötən ilin noyabrında Azərbaycanın bu formata tamhüquqlu üzv qəbul edilməsi ilə bağlı Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun tarixi təşəbbüsünün yekdilliklə dəstəklənməsinə görə minnətdarlığını ifadə edib.
Dövlət başçıları ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


No Comment! Be the first one.