Türkmənistan Prezidenti Azərbaycana səfərə gəldi
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana rəsmi səfərə gəlib.
hadiseler.info AZƏRTAC-a istinadən xəbər verir ki, səfərin məqsədi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etməkdir.
Oktyabrın 15-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkmənistan Prezidentini Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.
No Comment! Be the first one.