Türməyə telefon keçirmək istəyən şəxs tutuldu
Bakı İstintaq Təcridxanasına qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb.
hadiseler.info xəbər verir ki, Penitensiar xidmətin əməliyyat aparatı tərəfindən həbs edilmiş şəxs üçün tanışı tərəfindən gətirilən sovqata baxış keçirilib. Yoxlama zamanı bir cüt ayaqqabının içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd mobil telefon və 1 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır. Ədliyyə Nazirliyi bir daha xəbərdarlıq edir ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların ötürülməsi cinayət məsuliyyəti yaradır.
No Comment! Be the first one.