Təhsil tələbə kreditindən necə yararlanmalı? – Detallar açıqlandı
2026-2027-ci tədris ilində ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə, eləcə də orta ixtisas və peşə təhsili müəssisələrinə əyani və ödənişli əsaslarla qəbul olunan tələbələr təhsil tələbə kreditindən yararlana bilərlər.
hadiseler.info xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Kreditə müraciət qaydaları və şərtləri aşağıdakı kimidir:
Müraciət qaydası: Avqustun 28-dən etibarən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunmuş abituriyentlər ilk növbədə razılıq ərizəsi əldə etməli, daha sonra e-ttkf.edu.az portalı vasitəsilə müraciət göndərməlidirlər.
Razılıq ərizəsinin əldə olunması: Ərizəni notariat ofislərindən, “ASAN xidmət” mərkəzlərindən, “Mobil notariat” və ya “mygov” tətbiqi üzərindən əldə etmək mümkündür.
Yardım masası və dəstək: Tələbələrə operativ dəstək üçün fondun ofisində (Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 34, “AF Mall”, 18-ci mərtəbə) həftənin iş günləri saat 09:00-dan 18:00-dək yardım masası fəaliyyət göstərir. Həmçinin çağrı mərkəzi və “WhatsApp” xətti vasitəsilə müraciətlər cavablandırılır.
No Comment! Be the first one.