U-21 millimiz Çexiya ilə bərabərə qaldı
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.
hadiseler.info xəbər verir ki, B qrupunda yer alan Rəşad Eyubovun baş məşqçisi olduğu seçməmiz 8-ci tur çərçivəsində Bakıda qrup ikincisi Çexiya millisini qəbul edib.
“Bank Respublika Arena”da keçirilən və irlandiyalı FIFA referisi Aaron Odoudun idarə etdiyi qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Matçda qolları 38-ci dəqiqədə qonaqlardan Filip Lissah (0:1) və 45-ci dəqiqədə millimizin heyətində Eşqin Əhmədov (1:1) vurublar.
Qeyd edək ki, U-21 millimiz seçmə mərhələdə növbəti oyununu sentyabrın 30-da səfərdə Şotlandiya yığmasına karşı keçirəcək.
No Comment! Be the first one.