Ucarda faciəli hadisə: Zərdab sakini olan qadın sirkə turşusundan zəhərlənərək öldü
Ucar rayonunda ölüm faktı qeydə alınıb.
Hadisələr.info xəbər verir ki, 1986-cı il təvəllüdlü Vüsalə İmanova sirkə turşusundan zəhərlənib.
Qadın dərhal ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həkimlərin tibbi müdaxilələrinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, vəfat edən V.İmanova Zərdab rayon sakinidir.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
No Comment! Be the first one.