Ukrayna səfirliyi Azərbaycanı təbrik edib
Ukraynanın Azərbaycandakı səfirliyi xalqımızı 20 sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.
hadiseler.info xəbər verir ki, diplomatik missiya bu barədə rəsmi “Facebook” səhifəsində paylaşım edib.
Təbrik mesajında deyilir:
“Bu gün Azərbaycan xalqı Dövlət Suverenliyi Gününü qeyd edir. Azərbaycanı bu mühüm dövlət bayramı münasibətilə ürəkdən təbrik edirik! Qoy Azərbaycan Respublikası bundan sonra da öz dövlətçiliyini möhkəmləndirsin, inkişaf etsin və çiçəklənsin, xalqı isə sülh, birlik və rifah içində yaşasın. Ukrayna və Azərbaycan hər zaman bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləməkdə davam edir. Ölkələrimiz dostluq və qarşılıqlı faydalı strateji tərəfdaşlığı ardıcıl şəkildə inkişaf etdirir. Biz Azərbaycan rəhbərliyinə və xalqına Ukrayna ilə həmrəyliyinə və göstərdiyi dəstəyə görə ürəkdən minnətdarıq”.
No Comment! Be the first one.