Ukraynada gedən döyüşlərdə azərbaycanlı hərbçi həlak olub
Ukraynada davam edən hərbi əməliyyatlar zamanı daha bir soydaşımız həyatını itirib.
hadiseler.info xəbər verir ki, uzun müddətdir Ukraynanın Jovti Vodı şəhərində yaşayan azərbaycanlı hərbçi Zaur Bəhram oğlu Həbibov döyüşlər zamanı həlak olub.
Məlumata görə, 2014-cü ildən etibarən Ukraynanın müdafiəsində iştirak edən Z.Həbibov sentyabrın 10-da Donetsk vilayətinin Drujkovka şəhəri yaxınlığında döyüş tapşırığını yerinə yetirərkən itkin düşüb. Bir neçə gün əvvəl isə onun həlak olması rəsmi şəkildə təsdiqlənib.
No Comment! Be the first one.